Rusiya Şimal dənizi marşrutu üzrə Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır – PUTİN


Dünya19 noyabr 2026, 18:3819.11.2026 18:38
Rusiya prezidenti APEC tərəfdaşlarına Rusiyanın işgüzar əlaqələr qurmağa hazır olduğunu bildirib.
Çağdaş.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin medianın suallarını cavablandırarkən bildirib ki, Rusiya Şimal Dəniz Yolunun inkişafında Çinlə tərəfdaşlığını genişləndirməyə hazırdır.
“Bildiyiniz kimi, ilk gəmi artıq Şimal Dəniz Yolunu keçib və biz bu işi genişləndirməyə hazırıq”, – deyə Rusiya prezidenti qeyd edib.
“Yeri gəlmişkən, mən APEC tərəfdaşlarımıza bu istiqamətdə bizimlə işləmək istəyən istənilən ölkə ilə işgüzar əlaqələr qurmağa və bu layihələri həyata keçirməyə hazır olduğumuzu bildirdim”, – deyə Putin əlavə edib.
1 mənbə