Ukrayna BVF-yə 20 milyard dollar ödəməlidir


Kiyev 2046-cı ilin sonuna qədər Beynəlxalq Valyuta Fonduna (BVF) təxminən 20 milyard dollar ödəməli olacaq.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Ukraynanın BVF-yə borcu 10,5 milyard SDR təşkil edib ki, bu da 14,33 milyard dollardan çoxdur. Lakin növbəti iki onillik üçün ödəniş cədvəlində nəzərdə tutulan faizlər və əlavə ödənişlər nəzərə alınmaqla, ödənişlərin ümumi məbləği 19,98 milyard dollardan çox məbləğə çatacaq.
Borcla bağlı ilk böyük ödəniş 24 noyabrda planlaşdırılır və 85,2 milyon dollardan çox təşkil edəcək.
Gülşən Şərif
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Ukrayna BVF-yə 20 milyard dollar ödəməlidir