Üç Avropa ölkəsi Rusiya nümayəndələri ilə Moskvada görüş keçirməyi müzakirə edir


Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri Rusiya rəsmiləri ilə Moskvada görüş keçirmək imkanını müzakirə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bir neçə gün əvvəl bu ölkələrdən birinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla əlaqə saxlayaraq görüşün təşkili məsələsini müzakirə edib. Uşakov isə görüşün Rusiyanın paytaxtı Moskvada keçirilməsini təklif edib.
Qeyd edək ki, bundan əvvəl Putin Avropa ölkələrinin mövqeyini öyrənmək məqsədilə onları Avropa qitəsinin təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiklərini bildirmişdi.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
1 mənbə