U-20 millimiz İraq yığması ilə iki yoldaşlıq oyunu keçirəcək


Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində İraq yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, ilk görüş noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da təşkil olunacaq və saat 19:00-da start götürəcək. Komandalar arasında ikinci matç isə noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Bu qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.
İlk oyun "CBC Sport" telekanalında, ikinci görüş isə kanalın rəsmi "YouTube" səhifəsində canlı yayımlanacaq.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə toplanışda olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.
