AL çempionu “butslarını asdı”


Argentina yığmasının və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Ever Baneqa 38 yaşında peşəkar futbolla vidalaşıb.
Futbolpress.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, təcrübəli oyunçu bu addımı Serxio Aqueronun təşkilatçılığı ilə keçirilən “Copa Potrero” turnirində çıxış etdikdən sonra atıb.
Baneqa məşqçi və ya agent olmağı düşünməsə də, gələcəkdə futboldan tamamilə uzaqlaşmaq istəmədiyini qeyd edib. Son rəsmi oyununu mayın 4-də “Defensa-i-Custisiya”nın heyətində keçirən yarımmüdafiəçi vaxtilə “Boka Xuniors”, “Valensiya”, “Atletiko” (Madrid), “İnter” (Milan), “Əl-Şəbab” və “Nyuelz Old Boyz” klublarında da forma geyinib. O, “Boka Xuniors”la Libertadores Kubokuna, “Sevilya” ilə üç dəfə Avropa Liqasına, yığma ilə isə 2008-ci il Pekin Olimpiadasında qızıl medala sahib çıxıb.
