U-19 Farer adalarını 2 qolla üstələdi


Şriftin ölçüsü:
17.11.2026 21:12
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda sonuncu oyununa çıxıb.
Futbolxeber.az saytının məlumatına görə, yığmamız Farer adalarının U-19 komandası ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.
Xatırladaq ki, komandamız bundan əvvəl Monteneqroya (2:7) və Serbiyaya (0:4) uduzub.
