Türkiyəyə uçan Rusiya təyyarəsində


Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarəyə Türkiyəyə uçuş zamanı bomba təhlükəsi barədə məlumat daxil olub.
"Bakupost" xəbər verir ki, bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşan “HavaSosyalMedya” portalı məlumat yayıb.
Bildirilib ki, Mineralnıye Vodı – Antalya marşrutu üzrə uçan təyyarə Türkiyənin hava məkanında olarkən göyərtədə bomba olması barədə siqnal daxil olub.
Təyyarədə 65 sərnişin və dörd ekipaj üzvü olub.
Son məlumata görə, Təyyarə Antalya hava limanına eniş edib. Hava gəmisi təhlükəsiz əraziyə yedəklənəcək və orada müvafiq yoxlama aparılacaq.
Dərc vaxtına görə
