Merts: ABŞ şirkəti Google Almaniya kəşfiyyatının məlumatlarını təhlükəsiz şəkildə saxlaya bilər


19.11.2026 - 20:38
Almaniya kansleri Fridrix Merts ABŞ şirkəti “Google”un Almaniya kəşfiyyat qurumları üçün nəzərdə tutulan bulud infrastrukturunun təhlükəsizliyini müdafiə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts Berlin şəhərində keçirilən Rəqəmsal Sammitdə Almaniya kəşfiyyat xidmətlərinin məlumatlarının ABŞ şirkətinin yaratdığı infrastrukturda da qoruna biləcəyini bildirib.
Onun sözlərinə görə, “Google”un Almaniya və Avropaya investisiyaları ABŞ şirkəti ilə əməkdaşlıq çərçivəsində də Avropanın rəqəmsal suverenliyini təmin etməyə imkan verir.
Məlumata görə, layihə çərçivəsində Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND), Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə (BfV) və Hərbi Əks-kəşfiyyat Xidməti (MAD) üçün xüsusi bulud sistemi yaradılması planlaşdırılır. Sistem məxfi məlumatların mübadiləsinə imkan verəcək və Google-un birbaşa girişindən təcrid olunmuş şəkildə fəaliyyət göstərəcək.
Layihənin dəyərinin ən azı 500 milyon avro olacağı bildirilir.
Rauf
