Qadınların şəxsi həyatını müzakirə edənlərə müğənidən sərt reaksiya


19.11.2026
20:33
Müğənni Nura Suri sosial şəbəkədə qadınların şəxsi həyatı, geyimi və əxlaqı barədə müzakirələr aparan kişilərə etiraz edib.
ERAmedia-nın məlumatına görə, Nura Suri paylaşımında kişilərin tanımadıqları qadınlar haqqında sosial şəbəkələrdə qeybət etməsini və böhtan atmasını tənqid edib.
“Ümumiyyətlə, kişi niyə bir qadını, özü də onun əxlaqını müzakirə etsin ki? Kişi niyə qeybət etsin? Qadınların əksəriyyəti kişilərin şəxsi həyatını müzakirə etmirlər. Siz həmcinslərinizlə münasibətdə olsanız belə, qadınlar bunun qeybətini etmirlər. Bəs sizə nə düşüb ki, tanımadığınız qadınlar haqqında sosial şəbəkələrdə açıq-aşkar qeybət edir, hətta böhtan atırsınız?” – deyə o bildirib.
Müğənni qeyd edib ki, kişilərin qadınların geyimini və əxlaqını müzakirə etməsinin səbəbi başqa mövzu tapa bilməmələri, yoxsa şəxsi qorxuları və kompleksləri ilə bağlıdır.
Nura Suri sosial şəbəkələrdə yazılan şərhlərə, statuslara və videolarda səsləndirilən fikirlərə diqqət çəkərək, bu cür davranışın cəmiyyətdə geniş yayılmasından narahatlığını ifadə edib.
“Şərhlərə, yazılan statuslara və çəkilən videolarda deyilənlərə baxanda adama elə gəlir ki, ölkədə travmalı, kompleksli insanların sayı həddindən artıq çoxdur. Bu hal isə sağlam cəmiyyətin formalaşmasına mane olur”, – deyə müğənni vurğulayıb.
Mələk Onur
