Türkiyənin keçmiş naziri həbsxanada huşunu itirdi


“Fond istintaqı” kimi tanınan iş üzrə həbsdə saxlanılan Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya noyabrın 18-də Silivri həbsxanasındakı kamerasında huşunu itirib.
Bizim.Media xəbər verir ki, o, xəstəxanaya çatdırılıb, müayinələrdən və tibbi müdaxilədən sonra səhhətinin yaxşı olduğu bildirilib.
Müalicəsi başa çatdıqdan sonra Kaya yenidən həbsxanaya qaytarılmaq üçün xəstəxanadan buraxılıb.
Qeyd edək ki, keçmiş nazir noyabrın 6-da İstanbul Baş Prokurorluğunun kapital bazarındakı əməliyyatlarla bağlı apardığı istintaq çərçivəsində saxlanılıb.
O, “Kapital bazarı haqqında” qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham olunur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
Bizim.mediaoxuduğunuz
Türkiyənin keçmiş naziri həbsxanada huşunu itirdi
Report+2 mənbə