Türkiyənin 2027-ci il üçün müdafiə büdcəsi 1,53 trilyon lirə təşkil edəcək


18.11.2026 - 21:01
19
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkənin 2027-ci il üçün müdafiə büdcəsinin 1 trilyon 532 milyard 647 milyon 499 min lirə olacağını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Yaşar Gülər bu rəqəmi Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində çıxışı zamanı təqdim edib. Təklif olunan büdcə təxminən 30,4 milyard dollara bərabərdir.
Nazirin sözlərinə görə, ayrılacaq vəsait hərbi qulluqçuların ehtiyaclarının qarşılanması, silah arsenalının modernləşdirilməsi, logistika infrastrukturunun gücləndirilməsi və beynəlxalq hərbi missiyaların həyata keçirilməsinə yönəldiləcək.
Gülər bildirib ki, 2024-cü ildən indiyədək qənaət tədbirləri nəticəsində 15 milyard lirə vəsaitə qənaət edilib.
O, həmçinin Türkiyənin 2035-ci ilədək müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə çatdırmağı hədəflədiyini qeyd edib.
Qeyd edək ki, 2027-ci il üçün təqdim olunan büdcə təklifi hələ parlamentin təsdiqindən keçməlidir.
Rauf
Dərc vaxtına görə
İnfoaz.mediaoxuduğunuz
Türkiyənin 2027-ci il üçün müdafiə büdcəsi 1,53 trilyon lirə təşkil edəcək
