Türkiyədə 18 milyard avroluq maliyyə qalmaqalı başladı


Türkiyədə genişmiqyaslı maliyyə qalmaqalı üzə çıxıb. Hadisə nəticəsində təxminən 456 min investorun zərər çəkdiyi, dövriyyədə olan vəsaitin həcminin isə 18 milyard avronu keçdiyi bildirilir.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.
Araşdırmalara görə, investisiya fondlarının rəhbərləri kiçik şirkətlərin səhmlərinin dəyərini süni şəkildə artırmaqda şübhəli bilinirlər. Fondlardan birinin aktivlərinin dəyərinin 15 min faizdən çox artdığı qeyd olunur.
İnvestorların kütləvi şəkildə pullarını geri çəkməyə başlamasından sonra səhmlərin qiyməti kəskin ucuzlaşıb. Nəticədə Türkiyə hakimiyyəti 131 fondun fəaliyyətinə müdaxilə etməli olub.
İş üzrə 430-dan çox şəxs araşdırmaya cəlb edilib. Onların arasında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin keçmiş müavini Fatma Betül Sayan Kaya da var. O, həbs edilib və ittihamları rədd edir. İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlanılıb.
Mütəxəssislər qalmaqalın Türkiyənin maliyyə sisteminə ictimai etimadı daha da zəiflədə və xarici investisiyaların ölkədən çıxmasına səbəb ola biləcəyini bildirirlər.