Türkiyə Müdafiə Sənayesi Komitəsi 26 əməkdaş qəbul edəcək


Türkiyə Müdafiə Sənayesi Komitəsi layihə əsaslı müqaviləli əməkdaşların işə qəbulu üçün müsabiqə imtahanına müraciətlərin noyabrın 20-də başlayacağını açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin yaydığı məlumatda bildirilib.
Komitə sosial media hesabında paylaşdığı açıqlamada ölkənin strateji gələcəyinə istiqamət verən layihələrdə çalışacaq mütəxəssislərin işə qəbul ediləcəyini qeyd edib.
Dərc olunan elana əsasən, ümumilikdə 26 layihə əsaslı müqaviləli əməkdaşın işə götürülməsi nəzərdə tutulur.
Namizədlər müvafiq sahələr üzrə ən azı dördillik ali təhsil almalı, elan edilmiş ixtisas istiqamətlərindən ən azı birində beşillik peşə təcrübəsinə malik olmalıdırlar. Bundan əlavə, son iki il ərzində ingilis dili üzrə YDS imtahanından ən azı 70 bal toplamaq tələb olunur.
Göstərilən şərtlərə cavab verən namizədlər müsabiqə imtahanında iştirak etmək üçün müraciət edə bilərlər.
Müraciətlər 2026-cı il noyabrın 20-si, cümə günü saat 10:00-da başlayacaq və dekabrın 21-i, bazar ertəsi saat 23:59-da başa çatacaq.
Namizədlər müraciətlərini elektron hökumət sistemi vasitəsilə “Kariyer Kapısı” platformasında elektron qaydada təqdim edə biləcəklər.
Sevinc Əliyeva Ordu.az