Xarici dövlətlərin ali təhsil sənədlərinin tərcümə qaydaları açıqlanıb


10 mənbə əsasında
Təhsildə Keyfiyyətə Təminat Agentliyi xarici dövlətlərin ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı məlumat yayıb. Prezidentin müvafiq fərmanı ilə təsdiq edilən qaydalara görə, ingilis, rus və türk dillərində olan diplomların Azərbaycan dilinə tərcüməsi və notariat təsdiqi tələb olunmur. Vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısını almaq üçün bu sənədlər birbaşa təqdim edilə bilər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Türk, rus və ingilis dilindəki diplomlar tərcüməsiz tanınacaq - RƏSMİ
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra – Qaydalar) əsasında həyata keçirilir.Qaydaların 2.5-ci bəndinə əsasən, türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur.Sitat.info xəbər verir ki, bu Təhsildə Keyfiyyətə Təminat Agentliyinin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, müraciətlərin ekspertizası zamanı bəzi vətəndaşların qeyd olunan dillərdə tərtib edilmiş sənədləri də Azərbaycan dilinə tərcümə etdirərək notariat qaydasında təsdiq olunmuş formada təqdim etdikləri müşahidə olunur."Vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısının alınması, eləcə də tanınma prosedurunun daha operativ şəkildə həyata keçirilməsi məqsədilə bildiririk ki, türk, rus və ingilis dillərində tərtib edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcümə edilməsinə, habelə həmin tərcümələrin notariat qaydasında təsdiq olunmasına ehtiyac yoxdur. Vətəndaşlar həmin sənədləri birbaşa, tərcümə etdirmədən təqdim edə bilərlər.Bildiririk ki, bu tələb yalnız qeyd olunan üç dildə tərtib edilmiş sənədlərə şamil olunur. Digər dillərdə olan sənədlərin Azərbaycan dilinə tərcüməsi və tərcümənin notariat qaydasında təsdiq olunması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir",- məlumatda qeyd olunub.
Tam oxu Sitat.info saytındaDərc vaxtına görə