Tuğ kəndində aparılan yenidənqurma və tikinti işləri nə zaman tamamlanacaq?


"Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda aparılan yenidənqurma, tikinti işləri növbəti ildə tamamlanacaq, qoruq ictimaiyyətə təqdim ediləcək".
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
O qeyd edib ki, 2027-ci ildə Ağdam şəhəri yaxınlığında yerləşən Şahbulaq qalası ilə bağlı yeniliklər də gözlənilir:
"Növbəti ildə Şahbulaq qalası ilə bağlı da planlar var. Belə ki, qalada təmir işlərinin bitməsi və Şahbulaq qalasının yeni turizm məhsulu kimi təqdim edilməsi planlaşdırılır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/tug…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə
