Qarabağdan köçənlərin pasportlarında Azərbaycan qeydi ilə bağlı AÇIQLAMA


Ermənistan Qarabağda doğulanların pasportlarında doğum yeri kimi Azərbaycanın göstərilməsini şərh edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Qarabağdan köçən şəxslərə verilən biometrik pasportlarda “doğum yeri” bölməsində Azərbaycanın göstərilməsini beynəlxalq standartlarla izah edib.
Qurumun açıqlamasına görə, şəxsiyyət vəsiqələrinin və səyahət sənədlərinin verilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 saylı standartı ilə tənzimlənir.
Doğum yerinin qeyd edilməsi isə ISO 3166 standartına əsaslanır.
Nazirlik bildirib ki, beynəlxalq qaydalara uyğun olmayan hər hansı məlumatın pasportlarda göstərilməsi sərhəd-keçid məntəqələrində problemlərə səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə
