Trampı öldürmək istəyənə 27,5 il HƏBS VERİLDİ


ABŞ-də İranla əlaqəli sui-qəsd planında təqsirli bilinən şəxs 27,5 il həbs cəzasına məhkum edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, 48 yaşlı pakistanlı Asif Merchant ABŞ prezidentinə qarşı sui-qəsd təşkil etməyə cəhddə və sifarişli qətl törətmək üçün icraçı tutmaqda təqsirli bilinib. Hökm Bruklindəki federal məhkəmədə hakim Erik Komitinin sədrliyi ilə elan olunub.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, Asif Merchant İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində fəaliyyət göstərən “Əl-Qüds” qüvvələri ilə əməkdaşlığa cəlb edilib və onlardan müvafiq tapşırıqlar alıb.
İstintaq materiallarına görə, sui-qəsd planı 2022-ci ildə hazırlanıb, 2023-cü ildə isə Merchant İranda olarkən planın detalları müzakirə edilib.
intriqalı
