Kreml jurnalistinin sualı Lavrovu özündən çıxartdı – Video


Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli danışıqların nəticələrini şərh etməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, görüşdə iştirak edən Lavrova danışıqların uğurlu olub-olmadığını Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) müxbiri Pavel Zarubin soruşub.
Jurnalistin danışıqların nəticələrini qiymətləndirmək xahişinə Lavrov sualla cavab verib:
“Prezident danışıqlar aparıb, sizcə, necə düşünürsünüz? Prezident danışıqlar aparıb, niyə onların uğurlu olub-olmadığını soruşursunuz?”
Bu cavabdan sonra nazir jurnalistlə söhbəti davam etdirməyib və üç ölkə liderinin müzakirələrinin məzmunu barədə əlavə məlumat verməyib.
The trilateral summit between Trump, Xi and Putin in Shenzhen ended without press statements from any of the three leaders. The meeting reportedly lasted around 90 minutes. Asked whether the negotiations had succeeded, Russian Foreign Minister Lavrov, slightly agitated, declined to give a direct answer. #Ukraine — NOELREPORTS (@NOELreports) November 19, 2026
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play