Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun


ABŞ prezidenti Donald Tramp süni intellektin (Sİ) "çox ehtiyatlı" istifadəsinə çağırıb.
Publika.az xəbər verir ki, Amerika lideri bu barədə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində bildirib:
"Bu, demək olar ki, tamamilə bir nemətdir, amma bəzi mənfi cəhətləri də var. Buna görə də bu mənfi cəhətləri idarə etməkdə çox diqqətli olmalıyıq".
O qeyd edib ki, ABŞ sənayeni "boğa" biləcək süni intellekt tənzimləməsinə qarşıdır.
"Biz bunun baş verməsinə icazə verməyəcəyik", - deyə o bildirib.
Müəllif: Tural
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun