"Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq


ABŞ prezidenti Donald Tramp süni intellektin (Aİ) "çox ehtiyatlı" istifadəsinə çağırış edib.
Adalet.az xəbər verir ki, o, bunu Çinin Şencen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında çıxışı zamanı deyib.
"Bu, demək olar ki, tamamilə bir nemətdir, amma bəzi mənfi cəhətləri də var. Buna görə də bu mənfi cəhətləri idarə etməkdə çox diqqətli olmalıyıq", - deyə Amerika lideri qeyd edib.
O əlavə edib ki, ABŞ sənayeni "boğa" biləcək süni intellekt tənzimləməsinə qarşıdır.
Dərc vaxtına görə