Bakıda kiberdiplomatiya konfransında süni intellektin xarici siyasətə təsiri müzakirə olunur


Bakıda keçirilən kiberdiplomatiya konfransı çərçivəsində “Süni intellekt dünyasında xarici siyasət: Diplomatiya üçün yeni qaydaların müəyyənləşdirilməsi” mövzusunda panel müzakirəsi təşkil olunub.
ANZ.AZ xəbər verir ki, paneldə süni intellekt texnologiyalarının beynəlxalq münasibətlərə və diplomatik fəaliyyətə təsiri, rəqəmsal dövrdə xarici siyasətin qarşısında duran yeni çağırışlar və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.
Panelin moderatoru UNESCO üzrə Milli Komissiyanın baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elman Abdullayevdir.
Müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatı, Süni İntellektin İdarə Edilməsi üzrə Peşəkarlar Assosiasiyasının (AIGP) üzvü Kamal Cəfərov, Albaniya Elektrik Enerjisi Korporasiyasının (KESH) baş texnologiya direktoru Esmeralda Kazia, Technology Diplomacy Global Institute-un baş əməliyyat direktoru doktor Simon Saneback və Özbəkistanın “Cybersecurity Center” dövlət müəssisəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Bekzod Muminov iştirak edirlər.
Panelin əsas mövzusu süni intellektin inkişafı fonunda diplomatiyanın dəyişən rolu, yeni texnologiyaların dövlətlərarası münasibətlərə təsiri və kiberməkanda beynəlxalq əməkdaşlığın əhəmiyyətidir.
1 mənbə