Trampdan Putin və Zelenskiyə çağırış: Daha nə qədər davam edəcək?


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini ortaq məxrəcə gəlməyə çağırıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Baxın, onlar ortaq məxrəcə gəlməlidirlər. Bu iki şəxs bir-birinə nifrət edir, lakin anlaşmağı bacarmalıdırlar”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində 2022-ci ildə Moskva ilə Kiyev arasında danışıqların, demək olar ki, yekunlaşdığını iddia edib. Onun sözlərinə görə, Rusiya qoşunlarının Kiyev ətrafından çıxarılmasından sonra Ukrayna tərəfi əldə olunmuş razılaşmalardan geri çəkilib. Putin, həmçinin Zelenskinin sonradan Rusiya ilə danışıqları qanunvericilik səviyyəsində qadağan etdiyini bildirib.
Dərc vaxtına görə