Tramp: Rusiya və Çinlə nüvə silahlarının azaldılması barədə razılaşma əldə etmək çətin olacaq


19.11.2026 - 10:54
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə silahlarının azaldılması istiqamətində mümkün razılaşmanın əldə olunmasının çətin olacağını bildirib.
Korrekt.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. Moskva və Pekinlə nüvə arsenalının ixtisarına dair razılaşma əldə edilməsi perspektivlərini şərh edən ABŞ lideri bunun onun üçün də çətin qərar olacağını deyib.
“Bu, çox çətin bir qərardır. Bu, mənim üçün çətin bir qərardır”, – deyə Tramp bildirib.
Eyni zamanda, Ağ Ev rəhbəri ABŞ-ın nüvə silahından istifadə etmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton belə silahlardan istifadə etmək istəmir, lakin ölkənin nüvə arsenalı mövcuddur.
“Biz heç vaxt bundan istifadə etmək istəmirik, amma bizdə var”, – deyə Tramp qeyd edib.