Milli Qəhrəman Əliyar Əliyevin təşkil etdiyi səfərdən maraqlı xatirə


19.11.2026
19:28
1984-cü ildə Qubadlı şəhər Qara İlyasov adına 1 nömrəli orta məktəbin şagirdlərinin Şəki şəhərinə təşkil olunan gəzintisi ilə bağlı maraqlı tarixi foto paylaşılıb.
ERAmedia xəbər verir ki, həmin səfər məktəbin müəllimləri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyev və hazırda Türkiyədə yaşayan professor Aygün Attarın təşkilatçılığı ilə baş tutub.
Şəkiyə təşkil olunan gəzintidə məktəbin 9-10-cu sinif şagirdləri iştirak ediblər. Səfər zamanı çəkilmiş foto həmin illərin məktəb həyatını, şagirdlərin birgə xatirələrini və müəllim-şagird münasibətlərini əks etdirən dəyərli tarixi görüntülərdəndir.
Fotonu sosial şəbəkə hesabında həmin səfərin iştirakçılarından biri olan Valid Səfərov paylaşıb.
Aradan uzun illər keçməsinə baxmayaraq, bu cür fotolar Qubadlının keçmişini, məktəb həyatını və yaddaşlarda yaşayan unudulmaz xatirələri yenidən canlandırır.
Əli Fərhad
Bənzər xəbərlər