Səmadan görünən nəhəng şifrə:

1 dəq oxu
Xəbər
19-11-2026 22:20
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
Rusiyanın Volqoqrad vilayətində 20 min ağacdan ibarət qeyri-adi meşə landşaft kompozisiyası salınacaq. Ağaclar havadan baxıldıqda “185” rəqəmini əks etdirəcək.
Herbiand.az xəbər verir ki, bu barədə “Volqoqradskaya pravda” nəşri məlumat yayıb.
Layihə “Meşəni qoruyaq” aksiyası çərçivəsində həyata keçiriləcək. Ağacəkmə aksiyasına yerli hakimiyyət orqanlarının nümayəndələri, ekoloqlar, könüllülər və təhsil müəssisələrinin şagirdləri qatılacaqlar.
Yaşıl kompozisiyanın yaradılması üçün 20 min Krım şamı əkiləcək. Təxminən 4-6 hektar ərazini əhatə edəcək layihənin nəticəsi ağacların çətirləri böyüyüb birləşdikdən sonra daha aydın görünəcək.
Layihə müəlliflərinin sözlərinə görə, bu ərazi yalnız vizual kompozisiya deyil, həm də yeni meşə massivi olacaq. Yaşıl zona quşlar, kiçik məməlilər, həşəratlar və torpaq mikroorqanizmləri üçün əlverişli yaşayış mühiti yaradacaq.
Aydın
Herbiand.az
Mənbə
1 mənbə



