Nikolas Pas “Real Madrid”ə qayıtmaq istəyir, lakin bir şərti var


“Komo”nun hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas yenidən “Real Madrid”də çıxış etmək istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “El Debate” nəşri məlumat yayıb.
Argentinalı futbolçu əsas heyətdə müntəzəm oynamaq imkanı əldə edəcəyi təqdirdə kluba qayıtmağa razıdır.
Mənbənin məlumatına görə, Pas gələn il Madrid klubuna dönməyə müsbət yanaşır, ancaq ona müntəzəm oyun praktikası təmin olunmalıdır.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən yay sabiq klubuna qayıtmaqdan imtina edib. Çünki “Real Madrid”in əsas heyətində yer alacağına əmin olmayıb.
Əlavə edək ki, Nikolas Pas cari mövsümdə “Komo”nun heyətində 14 oyuna çıxıb, altı qol vurub və səkkiz məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir. Razılaşmanın şərtlərinə əsasən, “Real Madrid” gələn ilin yayında onu məhz bu məbləğ qarşılığında geri qaytara bilər.
