Tramp Putinlə görüşün Rusiya, ABŞ və Çin arasında uğurlu sammitə zəmin yaratdığını bildirib


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirdiyi görüşün Rusiya, ABŞ və Çin arasında qarşıdakı üçtərəfli sammitin uğurlu olması üçün zəmin yaratdığını bəyan edib.
Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp Çin lideri Si Cinpinlə danışıqları zamanı bildirib.
“Prezident Putin bir qədər sonra buraya gələcək. Biz üçtərəfli görüş keçirəcəyik. Bu görüşü səbirsizliklə gözləyirəm. Prezident Putinlə indicə qısa görüşümüz oldu və hesab edirəm ki, uğurlu [üçtərəfli] görüş keçirə biləcəyik”, - deyə ABŞ lideri bildirib.
Sevinc Əliyeva Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dərc vaxtına görə
