Tramp Putinlə görüşdə BU SÖZLƏRİ İŞLƏTDİ: Şençjendə DİQQƏT ÇƏKƏN GÖRÜNTÜLƏR


ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün əvvəlində onu öz dostu adlandırıb.
Sfera.az xəbər verir ki, görüş başlayarkən Rusiya liderinə doğru irəliləyən Tramp təbəssümlə "Bu kimdir? Bu, mənim dostumdur" deyib.
ABŞ prezidenti rusiyalı həmkarı ilə əl görüşərkən "Sizi görməyimə şadam" ifadəsini iki dəfə təkrarlayıb.
Bununla yanaşı, ABŞ lideri Rusiya prezidenti ilə danışıqlarda müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
TASS agentliyinin məlumatına görə, Tramp bunu Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutan ikitərəfli görüşün əvvəlində söyləyib.
"Düşünürəm ki, bu görüşün yekunlarına əsasən çoxlu əla şeylər baş verə, yaxud ən azı baş verməyə başlaya bilər. Lakin mən düşünürəm ki, onlar baş verəcək", – deyə Amerika lideri vurğulayıb.
Tramp həmçinin gün ərzində planlaşdırılan növbəti görüşə də diqqət çəkib:
"Bildiyiniz kimi, daha sonra ikinci görüşümüz planlaşdırılıb, lakin indi biz bunu keçirəcəyik və möhtəşəm olacaq"./musavat
Dərc vaxtına görə
