Tramp Putini və Si Cinpini nüvə silahının yayılmasına qarşı mübarizədə əməkdaşlığa çağırdı


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini və Çin Sədri Si Cinpini nüvə silahının yayılmasına qarşı mübarizədə əməkdaşlıq etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Bir ölkə nüvə silahına sahib olduqdan sonra ondan imtina etmək çox çətin olur. Dünyanın iş prinsipi belədir”, – deyə Tramp qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, ABŞ, Rusiya və Çin digər ölkələrdə nüvə təhlükəsinə qarşı mübarizədə əməkdaşlıq etməlidirlər.
O əlavə edib ki, Vaşinqton İranla bağlı məhz bu istiqamətdə fəaliyyət göstərir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play