Tramp: Putin Ukrayna münaqişəsinin həllində maraqlıdır


ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da APEC sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə Rusiyanın Ukraynadakı münaqişənin həllinə çalışdığını bildirib və qarşı tərəfin də buna hazır olacağına ümid etdiyini ifadə edib.
Trampın fikrincə, üçtərəfli görüş bir sıra son dərəcə mühüm məsələlərin həlli üçün yeni imkanlar yaradır.
Vladimir Putin də Rusiyanın, Çinin və ABŞ-ın Ukrayna münaqişəsi də daxil olmaqla, regional münaqişələrin həlli ilə bağlı bir çox ortaq məqsədlərinin olduğunu bildirib.
“Ölkələrimizin regional münaqişələrin həlli ilə bağlı çoxsaylı ortaq maraqları var. Təbii ki, bunlara Ukraynadakı münaqişə də daxildir. Biz bu barədə hələ dünən Çin Xalq Respublikasının sədri ilə danışmışdıq. Bu gün isə ABŞ prezidentinin təşəbbüsü ilə ikitərəfli görüşdə bu məsələyə geniş diqqət ayırdıq”, – deyə Rusiya lideri bildirib.
Mövsüm,
AzNews.az
