Tramp müharibə ilə bağlı çıxılmaz vəziyyətə düşüb - İran


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının siyasi məsələlər üzrə müavini, general Yadullah Cəvani ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı qərar qəbul edərkən çıxılmaz vəziyyətə düşdüyünü bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Cəvaninin sözlərinə görə, müharibənin davam etdirilməsi Vaşinqton üçün yeni problemlər yaradacaq, hərbi əməliyyatların dayandırılması isə Tehran tərəfindən irəli sürülən şərtləri qəbul etmək və məğlubiyyəti etiraf etmək demək olacaq.
General iddia edib ki, döyüş meydanında İran silahlı qüvvələrinin üstünlüyü, əhalinin dəstəyi və ölkədə keçirilən kütləvi aksiyalar ABŞ-ın mövqeyinə təsir göstərib.
O, həmçinin ABŞ hərbi gəmilərinin döyüş əməliyyatları zonasından bir neçə yüz kilometr uzaqlaşdırılmasını Vaşinqtonun hesablamalarının uğursuzluğu kimi qiymətləndirib.
Cəvani bildirib ki, İranın raket potensialı, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələri qarşı tərəfin planlarını pozub. Onun iddiasına görə, müharibə başlamazdan əvvəl ABŞ İranı iki-üç gün ərzində məğlub edəcəyini düşünürdü, lakin hadisələrin gedişi bu hesablamaların yanlış olduğunu göstərib.
Generalın fikrincə, Trampın qarşısında ya müharibəni davam etdirərək əlavə çətinliklərlə üzləşmək, ya da İranın şərtlərini qəbul etmək seçimi var.
Konkret.az+2 mənbə