Tramp İranla qarşıdurmanı yaxın vaxtlarda başa çatdıracağına söz verib


ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmanın tezliklə nizamlanmasına nail olmaq niyyətində olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı bildirib.
“Bəli, bunu sona çatdıracağam. Bəli, tezliklə. Hər necə olursa-olsun, bu məsələni həll edəcəyik. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bizə uzunmüddətli saziş lazımdır”, – o deyib.
Tramp əlavə edib ki, ABŞ-da zəif prezidentin hakimiyyətdə olduğu dövrdə belə qüvvədə qalacaq bir razılaşma əldə etməyə çalışır.