Tramp görüşdən əvvəl Peskova NƏ DEYİB? - FOTO


ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşün əvvəlində Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun işini yüksək qiymətləndirərək onun vəzifəsinin öhdəsindən "əla gəldiyini" bildirib.
Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat qrupunun jurnalistlərinin məlumatına görə, görüş başlayarkən Tramp Peskovun çiyninə sığal çəkib və Rusiya prezidentinin mətbuat katibinin işini "əla" adlandırıb.
Qeyd edək ki, iki lider arasında baş tutan bu qısa görüş Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində, Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə gözlənilən üçtərəfli görüş ərəfəsində reallaşıb.
İqbal RZAYEV,Musavat.com