Herbiand.az-ın əməkdaşı Dövlət Sərhəd Xidmətinin mükafatına


19-11-2026 14:53
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
18 avqust – Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının Peşə Bayramı Gününün 107-ci ildönümü münasibətilə bir sıra jurnalistlər təltif olunub.
Herbiand.az xəbər verir ki, mükafatlandırma Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafında xidmətlərinə görə həyata keçirilib.
Təltif olunanlar arasında Herbiand.az saytının əməkdaşı Yunis İsrəfilov da var.
Jurnalistin bu mükafata layiq görülməsi onun peşə fəaliyyətinə və media sahəsində əməyinə verilən qiymət kimi dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycan sərhədçilərinin peşə bayramı hər il avqustun 18-də qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu il avqustun 18-də sərhəd mühafizəsinin hüquqi əsaslarının yaradılması ilə bağlı qəbul edilmiş qanunla əlaqədardır.
Murad
Herbiand.az