Sabiq nazir idarə müdiri təyin olunub


19.11.2026
23:38
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Təhsil Agentliyinin şöbə müdiri təyin olunub.
ERAmedia Denmedia.az-a istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov təyin edilib.
Yaxın günlərdə hər iki şəxs yeni vəzifələrinin icrasına başlayacaq.
