Tramp Filippin ordusunun feldmarşalı rütbəsini almaq istədiyini zarafatla bildirib


ABŞ prezidenti Donald Tramp Filippin prezidenti Ferdinand Markosla görüşü zamanı amerikalı hərbi komandan Duqlas Makartur kimi Filippin ordusunun feldmarşalı rütbəsini almaq istədiyini zarafatla deyib.
Ordu.az xəbər verir ki, bu barədə “Daily Tribune” nəşri məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Filippin prezidenti Ferdinand Markosla görüşündə Filippin ordusunun feldmarşalı rütbəsini almaq istədiyini zarafatla bildirib.
“Etiraz etmirsinizsə, mənim üçün də eyni şeyi etməyinizi istərdim. Bu, mənim xoşuma gəlir. Demək istəyirəm ki, niyə mən də bu rütbəni almamalıyam?” - deyə Tramp bildirib.
“Daily Tribune” qəzeti onun sözlərini “X” sosial şəbəkəsində sitat gətirib.
Görüşün yekunlarına dair Tramp Vaşinqton və Manila arasında ticarət sazişinin imzalandığını və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Filippində atom energetikası sahəsində böyük layihənin inkişafı məqsədilə Amerika texnologiyalarından istifadəyə də razılıq verib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
