Tramp Avropanı Ukraynaya dəstəyi azaltmaq üçün Rusiya ilə razılaşmağa çağırıb


ABŞ prezidenti Avropa liderlərinə Ukraynaya dəstək üçün xərclənən vəsaiti öz ölkələrinin ehtiyaclarına yönəltməyi təklif edib.
Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti danışıqların məzmunu ilə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp noyabrın 19-da Çində keçirilən danışıqlardan sonra Avropa görüşünün iştirakçıları ilə telefon danışığı zamanı bu təklifi irəli sürüb.
Qəzetin yazdığına görə, Tramp avropalı liderlərə Ukraynaya “milyardlarla və milyardlarla” vəsait xərclədiklərini bildirib və həmin pulların özlərinin “möhtəşəm ölkələrinin” ehtiyaclarına yönəldilə biləcəyini vurğulayıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
