"Trabzonspor"lu futbolçu "Roma"nın hədəfində
1sport.az1Sport.az

"Roma" "Trabzonspor"unun oyunçusu Ernest Muçini heyətinə qatmağı planlaşdırır.
1Sport.az xəbər verir ki, A Seriyası təmsilçisi qış "transfer pəncərəsi"ndə 25 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Qara dəniz klubu isə 2029-cu ilin yayına qədər müqaviləsi olan Muçi üçün ən azı 20 milyon avro tələb edir.
Qeyd edək ki, o, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 14 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
