Konte: "Pirlonun qaydasını bütün oyunçulara tətbiq edirdim"


İtaliyalı mütəxəssis Antonio Konte "Yuventus"da çalışdığı dövrdə tətbiq etdiyi məşhur "Pirlo qaydası" barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Konte bu qaydanı komandanın sabiq yarımmüdafiəçisi Andrea Pirlo ilə bağlı yaranan hadisədən sonra tətbiq etdiyini bildirib. O qeyd edib ki, bir dəfə Pirlonu əvəz etdikdən sonra o, birbaşa paltardəyişmə otağına yollanıb. Jurnalistlər bu barədə sual verəndə Konte bildirib ki, bundan sonra əvəzlənən hər bir oyunçu, yalnız təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmadığı halda, ehtiyat oyunçular skamyasında qalmalıdır.
Konte əlavə edib: "Bu, problemi açıq şəkildə göstərmək üçün idi. Pirlo böyük çempion idi, amma onun üçün də istisna edə bilməzdim".
Mütəxəssis bu qaydanı "Yuventus"un digər əfsanəsi Canluici Buffona da şamil etdiyini vurğulayıb. O, komandanın yerli klubla keçirdiyi yoxlama oyunlarında Buffonun birinci hissədən sonra meydanı tərk etdiyini və Turinə yollandığını bildirib. Konte qeyd edib ki, Buffon sonradan üzr istəyib və geri qayıdıb. O, oyunçulara bildirib ki, hətta 20:1 hesabı ilə qalib gəlsələr belə, matçın əvvəlində iki qol buraxmaq düzgün yanaşma deyil və hər kəs, o cümlədən Buffon da qaydalara riayət etməlidir.
