Tomas Tuxel: "İspaniya ilə oyunda məqsədimiz qələbədir"


İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasında İspaniya ilə qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Tuxel bu oyunun dünya futbolunda ən ciddi sınaqlardan biri olduğunu bildirib: "Bu, dünya futbolunda ən ciddi sınaqdır. İspaniya məğlubedilməz təsiri bağışlayır: onların möhtəşəm seriyası var, üstəlik uzun illərdir güclü futbol dövləti kimi mövqelərini qoruyurlar. Onların aydın oyun üslubu və qalib mentaliteti var. Son böyük turnirləri – Avropa çempionatını və dünya çempionatını qazanıblar. Biz onların seriyasını dayandırmaq və qələbə qazanmaq istəyirik. Qarşılaşmaya tam hazırıq və indi öz imkanlarımızı yoxlamaq üçün ən uyğun zamandır. İlk oyunda, "Uembli"də uğura çox yaxın idik. Sabahkı məqsədimiz qələbədir".
