Torala təkliflər var – qışda klubunu dəyişə bilər
Futbolpress.azŞahin Cəfərov


“Bursaspor”da çıxış edən Toral Bayramov qışda klubunu tərk edə bilər.
Futbolpress.az-ın məlumatına görə, cinah müdafiəçisi mütəmadi oynaya biləcəyi komandaya keçmək arzusundadır.
Toral mövsümün əvvəlindən “Bursaspor”da forma geyinir. O, qeyri-stabil oyunu ilə diqqət çəkir. Müdafiəçi I Liqada 11 matçda 1 məhsuldar ötürmə müəllimi olub.
Torala Polşada, Azərbaycan və Türkiyədən maraq var. Klublar yanvarda onu icarəyə götürmək variantını nəzərdən keçirəcək.
Bayramov ötən yay “Qarabağ”dan “Bursaspor”a keçib. Onun klubla anlaşması 2029-cu ilin iyuluna kimidir.
