Tez-tez başgicəllənmə bu xəstəliyin ilkin əlaməti ola bilər - XƏBƏRDARLIQ


Tez-tez baş verən başgicəllənmə, depressiya və baş ağrıları erkən başlayan Alzheimer xəstəliyinin diaqnozundan illər əvvəl müşahidə oluna bilər.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Alzheimer’s & Dementia” jurnalında dərc olunan tədqiqatda bildirilib.
Oulu və Şərqi Finlandiya universitetlərinin alimləri araşdırma zamanı 407 xəstənin tibbi qeydlərini təhlil edərək onları eyni yaş, cins və regiondan olan, neyrodegenerativ xəstəliyi olmayan 4035 nəfərin məlumatları ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, Alzheimer diaqnozundan beş il əvvəl xəstəliyə tutulmuş şəxslərdə başgicəllənmə, depressiya və baş ağrıları daha çox qeydə alınıb.
Belə ki, başgicəllənmə xəstələrin 5,9 faizində, müqayisə qrupunda isə 2,1 faizində müşahidə olunub. Depressiya göstəricisi müvafiq olaraq 5,7 və 2,3 faiz, baş ağrıları isə 4,9 və 1,6 faiz təşkil edib.
Araşdırmada həmçinin sonradan Alzheimer diaqnozu qoyulan şəxslərdə baş travmaları, insult, epilepsiya və şüurun qəfil bulanması hallarının daha çox olduğu müəyyən edilib.
Alimlər vurğulayıblar ki, tədqiqat bu simptomlarla xəstəlik arasında əlaqəni göstərir, lakin onların Alzheimerə səbəb olduğunu sübut etmir. Ayrı-ayrılıqda heç bir simptom gələcəkdə yaddaş problemlərinin yaranacağını proqnozlaşdırmağa imkan vermir.
1 mənbə
