Təyyarə avtomobilin damını qopardı: ÖLƏN VAR


Braziliyanın Qoyaniya şəhəri yaxınlığında kiçik kənd təsərrüfatı təyyarəsi avtomobillə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər, o cümlədən 8 yaşlı uşaq xəsarət alıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, hadisə təyyarənin yanacaq doldurmaq üçün eniş etməyə çalışdığı zaman baş verib.
Məlumata əsasən, təyyarə kənd yolunda hərəkət edən, içərisində beş nəfərin olduğu “Ford Ka” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən avtomobilin damı və arxa hissəsinin böyük bir qismi qopub.
Toqquşmadan yayınmağa çalışan pilot təyyarəni sürətlə yuxarı qaldırmağa cəhd etsə də, buna nail ola bilməyib. O, hadisə yerinin yaxınlığında təcili eniş etmək məcburiyyətində qalıb.
Qəza nəticəsində yaralananlardan biri sonradan aldığı xəsarətlərdən ölüb. Digər üç nəfərin, o cümlədən azyaşlı uşağın xəsarət aldığı bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini və başvermə şəraitini araşdırır.