Təcili Tibbi Yardım Mərkəzində "intriqa" iddiaları: Şöbə müdiri istefa verdi, digərləri də gedir


CƏMİYYƏT
17.11.2026, 10:17
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində aparılan son islahatlar, mərkəzə yeni gətirilən rəhbərliyin idarəçilik üslubu və müəssisədaxili iş mühiti ilə bağlı ciddi narahatlıqlar yaranıb.
Yenicag.az xəbər verir ki, TƏBİB-dəki mənbənin AFN.az-a verdiyi məlumata görə, mərkəzin direktoru vəzifəsinə təyin edilən Oqtay Gözəlovun uzun illər beynəlxalq səhiyyə sahəsində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatında çalışması ilkin mərhələdə əməkdaşlarda müsbət gözləntilər formalaşdırıb. Lakin sonradan rəhbərliyin idarəçilik yanaşması ilə bağlı narazılıqların artdığı, müəssisədə sağlam iş mühitinin getdikcə zəiflədiyi bildirilir.
Mənbəmizin sözlərinə görə, rəhbərliyin fəaliyyətində qarşılıqlı etimadsızlıq, əsassız şübhələr, süni intriqalar və kollektivdə gərginlik yaradan yanaşmalar müşahidə olunur. İdarəetmədə peşəkar meyarlardan daha çox şəxsi münasibətlərin ön plana keçməsi ilə bağlı narahatlıqlar səsləndirilir.
Daha narahatedici məqam isə problemlərin yalnız ayrı-ayrı əməkdaşlarla məhdudlaşmaması, rəhbər heyət arasında da narazılıqların artmasıdır. Vəziyyətin ən ciddi göstəricilərindən biri təcrübəli və peşəkar əməkdaşların müəssisəni tərk etməyə başlamasıdır. Belə ki, Ümumi şöbənin müdiri Fatimə Abdullayevanın artıq öz ərizəsi ilə vəzifəsindən ayrıldığı bildirilir. Onun bu qərarının arxasında mövcud iş mühitindən narazılığın dayandığı barədə məlumatlar var. Mövcud tendensiya davam edərsə, digər struktur rəhbərlərinin də öz xahişləri ilə vəzifələrindən ayrılması ehtimalı istisna edilmir. Bu isə mərkəzdə ciddi kadr itkisinə və idarəetmənin daha da zəifləməsinə səbəb ola bilər.
Bəs belə bir vəziyyətdə TƏBİB rəhbərliyinin məsuliyyəti nədən ibarətdir?
TƏBİB-də rəhbər vəzifəni icra edən Bahadur Rzayevin mövcud proseslərə münasibəti və idarəçilik məsuliyyəti də ciddi suallar doğurur. Belə bir strateji müəssisədə narazılıqların və kadr itkilərinin qarşısının alınması, rəhbərliyin fəaliyyətinə nəzarət edilməsi, eləcə də peşəkar iş mühitinin qorunması birbaşa yuxarı idarəetmə səviyyəsinin vəzifəsidir.
Gənc rəhbər kadrların vəzifəyə təyin olunması özlüyündə problem deyil. Lakin rəhbər vəzifədə çalışmaq yalnız səlahiyyət sahibi olmaq demək deyil. Bu, həm də mürəkkəb idarəetmə proseslərini düzgün qiymətləndirmək, böhranları vaxtında müəyyənləşdirmək və institusional maraqları şəxsi münasibətlərdən üstün tutmaq bacarığı tələb edir. Bahadur Rzayevin mövcud vəziyyətə münasibəti isə bu idarəçilik məsuliyyətinin nə dərəcədə yerinə yetirildiyi barədə suallar yaradır.
TƏBİB rəhbərliyinə ünvanlanan şikayətlərə baxmayaraq, narahatlıq doğuran proseslərin davam etməsi diqqətdən kənarda qalmamalıdır. “Təcili tibbi yardım sistemi adi inzibati müəssisə deyil. Burada idarəetmədə buraxılan səhvlər yalnız əməkdaşların iş şəraitinə deyil, nəticə etibarilə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinə də təsir göstərə bilər. Bu səbəbdən TƏBİB rəhbərliyi vəziyyətə obyektiv qiymət verməli, Mərkəzdə müstəqil araşdırma aparmalı, əməkdaşların və struktur rəhbərlərinin mövqeyini dinləməli, həmçinin peşəkar kadrların qorunması istiqamətində konkret tədbirlər görməlidir. Dövlət müəssisələri şəxsi münasibətlərin, daxili çəkişmələrin və süni intriqaların meydanına çevrilməməlidir. Təcili tibbi yardım sistemində əsas prioritet rəhbər şəxslərin şəxsi ambisiyaları deyil, dövlətin və vətəndaşların maraqları olmalıdır. Peşəkar kadrları itirmək asandır, lakin onların illərlə formalaşdırdığı təcrübəni və institusional yaddaşı bərpa etmək olduqca çətindir. Hazırda müəssisədə görünən vəziyyət ondan ibarətdir ki, TƏBİB rəhbərliyi bu proseslərə vaxtında müdaxilə etməsə, sabah daha ciddi kadr və idarəetmə problemləri ilə üzləşə bilər” – deyə mənbəmiz qeyd edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
Aparıcıya yeni vəzifə verildi Bugün, 15:54 PRESS
AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar" Bugün, 15:43 SİYASƏT
RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir Bugün, 15:38 GÜNDƏM
Artıq ödənilmiş vergi... - Geri qaytarılma prosesi sadələşdirilib Bugün, 15:30 İQTİSADİYYAT
Dövlət qulluğu imtahanlarında dəyişiklik: Bu iki fənn ləğv edilir, yenisi əlavə olunur Bugün, 15:23 GÜNDƏM
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı Bugün, 15:15 İQTİSADİYYAT
İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbərə sözardı... + FOTO (YENİLƏNİB) Bugün, 15:13 CƏMİYYƏT
İlham Əliyev Latviya Prezidentini təbrik edib -MƏTN Bugün, 14:56 GÜNDƏM
Azərbaycan Prezidenti Omanın Sultanına məktub ünvanlayıb Bugün, 14:37 GÜNDƏM
Prezident İlham Əliyev Dövlət Komitəsinin yeni Əsasnaməsini təsdiqlədi - Sədr müavinlərinin sayı artdı Bugün, 14:28 GÜNDƏM
Traktor sürücüləri ilə bağlı yeni qaydalar təsdiqləndi Bugün, 14:23 CƏMİYYƏT
Qəbələdə qeyri-adi hadisə - Həmkəndlisinin qulağını dişləyərək qoparan şəxs tutuldu Bugün, 14:09 KRİMİNAL
Azərbaycan və Almaniya XİN başçıları mətbuat konfransında: "Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur" - Yeni mesajlar verildi (YENİLƏNİB) Bugün, 14:01 GÜNDƏM
SOCAR və BP-nin İsrailin qaz sektorundakı birgə fəaliyyəti haqqında - Açıqlama Bugün, 13:47 İQTİSADİYYAT
Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub Bugün, 13:36 KRİMİNAL
PUTİN və TRAMP ÇİNDƏ BELƏ QARŞILANDI - VİDEOLAR (Yenilənib) Bugün, 13:31 GÜNDƏM
"AY RƏHMƏTLİYİN OĞLU, SÖZÜMÜ NİYƏ QULAĞININ ARDINA VERİRSƏN?" - Deputat "Azərişıq" sədrini MM-də rüsvay elədi, "Ayə, niyə cavab vermirsən, canını hara qoyacaqsan" dedi (VİDEO, YENİLƏNİB) Bugün, 13:21 CƏMİYYƏT
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTOLAR Bugün, 13:07 SİYASƏT
Dövlət Məşğulluq Agentliyində iki mühüm postun müdirləri "vuruldu" Bugün, 13:01 CƏMİYYƏT
Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib Bugün, 12:49 İQTİSADİYYAT
Sabahın hava proqnozu açıqlandı Bugün, 12:41 CƏMİYYƏT
“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil" - Deputat Bugün, 12:36 İQTİSADİYYAT
XİN başçısı: "Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır" Bugün, 12:28 GÜNDƏM
Zahid Oruc deputat həmkarına irad tutdu: "Ekranda adı olan həmkarlar etiraz etməsələr..." Bugün, 12:23 SİYASƏT
QHT-lərlə bağlı qanun dəyişir: Qeydiyyat necə aparılacaq? - DETALLAR BƏLLİ OLDU Bugün, 12:08 SİYASƏT
SOCAR-dan Naxçıvana yanacaq tədarükü barədə - Açıqlama Bugün, 12:06 GÜNDƏM
"Dəhlizin giriş-çıxış nöqtəsi Azərbaycan-Ermənistan sərhədindədir deyə..." - Nazirdən TRİPP yolu haqda açıqlama Bugün, 11:56 SİYASƏT
Milli Məclisə gələn ilin büdcəsindən nə qədər vəsait ayrıldı? -Smeta qəbul olundu Bugün, 11:52 İQTİSADİYYAT
NAZİR ƏLİ KƏRİMLİNİN HƏBSİ BARƏDƏ SUALI CAVABLANDIRDI: "Hər kəs qanun qarşısında cavab verməlidir və hazırda gedən..." Bugün, 11:31 SİYASƏT
Fərid Şəfiyev: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ yaşayır" Bugün, 11:23 SİYASƏT
Müdafiə Nazirliyinin Mətbuat xidmətində dəyişiklik - Nazir Xalq artistinin oğlunu vəzifədən azad etdi Bugün, 11:16 PRESS
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda qəza xidmətinin maşınlarına "stop" qoyuldu Bugün, 10:56 GÜNDƏM
ATV kanalının süjeti: Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO Bugün, 10:42 CƏMİYYƏT
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub Bugün, 10:30 CƏMİYYƏT
