Təbrizdə silahlı hücum nəticəsində hakim və ailə üzvləri həlak olub


7 mənbə əsasında
Ötən gecə Təbriz şəhərinin Heydərabad məhəlləsində silahlı insident baş verib. Hadisə nəticəsində məhkəmə hakimi İbrahim Sadiqi, onun həyat yoldaşı və kiçik oğlu güllələnərək öldürülüb. Hücum edən şəxs daha sonra restoranda olan hakimin azyaşlı qızını da yaralayıb. Məlumata görə, qatil hadisədən sonra özünə atəş açsa da, sağ qalıb və polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər
Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı hücum baş verib. Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Hadisə nəticəsində məhkəmə hakimi İbrahim Sadiqi, həyat yoldaşı və kiçik oğlu öldürülüb. Məlumata görə, silahlı şəxs avtomobildə olan Sadiqiyə və ailə üzvlərinə atəş açıb. Əslən Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsindəki Bəhərbəyli kəndindən olan Sadiqi Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində məhkəmə hakimi vəzifəsində çalışıb. İnsident zamanı hakimin həyat yoldaşı və oğlu küçədə olublar. Hər ikisi hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra qatil restoranda olan azyaşlı qızı da güllələyərək yaralayıb. Hücum edən şəxsin kimliyi hələ açıqlanmayıb. Məlumata əsasən, o, hadisədən sonra özünü vursa da, sağ qalıb. Yaralı vəziyyətdə saxlanılan şəxs polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
