Bakıda keçmiş televiziya aparıcısının ölümü ilə nəticələnən qəza araşdırılır


16 mənbə əsasında
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən ARB televiziyasının keçmiş aparıcısı Ada Süleymanova və sürücü Anar Kərimov həlak olublar. Hadisə mərhumun doğum gününü qeyd edib evə qayıdarkən qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deformasiyaya uğrayan nəqliyyat vasitəsindən meyitləri çıxarıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və zəruri ekspertizalar təyin olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Tanınmış aparıcının öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb - Yenilənib
Tanınmış aparıcı Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.ANZ.AZ xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə ekspertizalar təyin edilib.08:32Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.ANZ.AZxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VOYAH" markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.Qeyd edək ki, ölənlərdən Ada Süleymanova ARB TV-nin keçmiş aparıcısı olub.Bildirilib ki, A. Süleymanova doğum gününü qeyd etdikdən sonra evə qayıdarkən yol-nəqliyyat hadisəsində ölüb.
Tam oxu Anz.az saytındaDərc vaxtına görə