Dağıstanda Hitlerin əməllərini tərifləyən şəxs HƏBS EDİLDİ


Dağıstan sakini sosial şəbəkədə Hitlerin əməllərini dəstəklədiyinə görə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Prokurorluğun məlumatına görə, kişi 2026-cı ilin martında sosial şəbəkədə Adolf Hitlerin bir qrup insana qarşı zorakılıqla bağlı əməllərini müsbət qiymətləndirən şərh paylaşıb.
O, nasizmin reabilitasiyasında təqsirli bilinib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə yaşayış tipli cəzaçəkmə müəssisəsinə göndərilib.
Həmçinin ona iki il müddətində internetdə material yerləşdirmək qadağan edilib. Şərhin paylaşıldığı mobil telefon da müsadirə olunub.
Xuraman Etibarlı
İnterpress.az