Taleh Qaraşov Milli Qəhrəman Pəncəli Teymurovun anası ilə görüşüb


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə Teymurovanı qəbul edib.
Cənub Media xəbər verir ki, noyabrın 19-da keçirilən görüşdə Taleh Qaraşov Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.
İcra başçısı şəhid ailələrinə və Milli Qəhrəmanların ailə üzvlərinə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıb, Vahimə Teymurovaya diqqət və ehtiramını ifadə edib, onun qayğı və problemləri ilə maraqlanıb.
Vahimə Teymurova səmimi qəbula görə rayon rəhbərinə təşəkkür edib, şəhid ailələrinə göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Cənub Media, Lənkəran
Views: 111
Post navigation