“Sumqayıt”ın oyununun biletləri satışda


Şriftin ölçüsü:
17.11.2026 09:17
Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” - “Sabah” oyununun biletləri satışa çıxıb.
Futbolxeber.az sayının məlumatına görə, azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərlər.
Qeyd edək ki, ilkin mərhələdə 4-12-ci sektor arası biletlər satışa çıxarılıb. Zərurət yaranacağı halda digər sektorlar da satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
Bilet almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://iticket.az/events/sport/sumqayit-fk-sabah-fk202612
Xatırladaq ki, noyabr 20-də keçiriləcək “Sumqayıt” - “Sabah” matçı saat 19:00-da start götürəcək.
