“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
.jpg)
.jpg)
Şriftin ölçüsü:
18.11.2026 09:00
“Sumqayıt”ın kapitanı İsa Suliman Pakistan millisində növbəti oyununa çıxıb.
Futbolxeber.az saytının məlumatına görə, onun komandası Banqladeşdə təşkil olunan “SAFF Championship 2026” turnirinin finalında Hindistanala üz-üzə gəlib.
Pakistan yığması ilk hissədən sonra 1:0 hesabı öndə olub. Lakin fasilədən sonra azlıqda qalan komanda qapısında iki qol görməklə çempionluğu əldən verib. 2:1 hesablı qələbə qazanan Hindistan millisi turnirin qalibi olub.
Meydana start heyətində çıxan Suliman görüşü əvəzolunmadan keçirib. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
1 mənbə
